05:26
(077) 610-22-33

Lökbatan vulkanında genişmiqyaslı tədqiqatlar başlayıb

  • >
519 22 Sentyabr 2012 11:34 | Cəmiyyət

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin əməkdaşları sentyabrın 20-də püskürən Lökbatan vulkanı ilı bağlı genişmiqyaslı tədqiqatlara başlayıb. Bu barədə məlumatı AzNews.az-a İnstitutun şöbə müdiri Adil Əliyev verib.

A. Əliyev bildirib ki, vulkan püskürməsi nəticəsində ətrafa səpələnən palçıqdan götürülən nümunələr laboratoriya şəraitində analiz ediləcək. Eyni zamanda ətrafda yaranan çatlar öyrəniləcək. Bir həftə ərzində başa çatdırılacaq tədqiqatlar vulkanın aktivləşmə səbəbinə aydınlıq gətirməyə imkan verəcək.

Məlumat üçün bildirək ki, vulkan püskürməsi nəticəsində 200-250 metr hündürlükdə alov yaranıb. Sonuncu dəfə 2 il bundan əvvəl püskürən vulkan dünyada ən aktiv palçıq vulkanı sayılır.

E.Əlosmanqızı
AzNews.az
Bağla X