11:42
(077) 610-22-33

Təhsil Nazirliyindən valideynlərə daha bir müraciət

  • >
732 24 Sentyabr 2012 09:28 | Cəmiyyət

Faiq Şahbazlı: “Dərslikləri pulla almayın”



Təhsil Nazirliyi 1-ci siniflərdə şagird sayının artması ilə əlaqədar dərslik çatışmazlığı problemini bu həftə ərzində həll edəcək. Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının AzNews.az-a verdiyi məlumata görə, sentyabrın 24-də günorta saatlarına qədər dərslik çatışmayan şagirdlərin sayı ilə bağlı son dədiqləşdirmələr aparılacaq: "Birinci siniflərdə dərsliklərlə bağlı yaranan problemı aradan qaldırmaq üçün bütün rayonlardan məlumatlar toplanıb. 4 rayondan da məlumatlar bu gün ərzində dəqiqləşdirildikdən sonra dərsliklərin çapı başlanacaq.

Məsələn, Qobustanda 469 şagirdə dərslik verilib, 59 şagirdə çatmayıb. Daşkəsəndə cəmi 2 şagirdə dərslik verilməyib. Yəni say rayonlar üzrə dəyişir. Nəşriyyatlara artıq bu barədə məlumat verilib və onlar çap prosesinə hazırdırlar".

Şöbə müdirinin sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılan baza və nazirliyin ehtiyat fondu hesabına çatışmayan dərsliklərlə təminat həyata keçirilsə də, bu tələbatı ödəməyib: "Ona görə də 5 gün ərsində yeni dərsliklərin çapı başa çardırılacaq və məktəblərə paylanacaq".

BŞTİ-nini beynəlxal və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə valideynlərə müraciət edərək onlara həftə sonuna qədər gözləməyi tövsiyə edib. Bəzi valideynlərin dərslikləri pulla almaları barədə fikirlərinə münasibət bildirən BŞTİ rəsmisi "Onlara gözlməyi məsləhət görürük. Artıq Təhsil Nazirliyi birinci sinifdə dərslik çatışmayan şagirdlərin sayı ilə bağlı dəqiqləşdirmələr aparıb və yaxın günlərdə bütün şagirdlərə dərsliklər veriləcək".

E.Əlosmanqızı
AzNews.az
Bağla X