11:24
(077) 610-22-33

Məmurlar cəzalandırılacaq

  • >
790 24 Sentyabr 2012 12:37 | Cəmiyyət

Dağınıq skleroz xəstələrini işə götürməyənlərə qarşı tədbirlər görüləcək



Azərbaycanda dağınıq skleroz xəstələrini işə götürməkdən imtina edən və ya işdən çıxaran vəzifəli şəxslər cəzalandırılacaq.

Milli Məclisdən Trend.az-a verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.

Qanun layihəsində qeyd olunur ki, şəxsin dağınıq skleroz xəstəsi olması səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcəklər.

Qanun layihəsi parlamentin payız sessiyasının ilk iclaslarında müzakirəyə çıxarılacaq.

AzNews.az
Bağla X