12:06
(077) 610-22-33

Qatarları ildırım vurdu

  • >
604 24 Sentyabr 2012 13:47 | Cəmiyyət

Hərəkət dayandırıldı



Bu gecə Azərbaycan ərazisində ildırım vurması nəticəsində dəmir yolu qatarlarının hərəkəti dayandırılıb. Biləcəridən Hacıqabul istiqamətində hərəkətdə olan yük vaqonlarını daşıyan elektrovozu Hacıqabulun Pirsaat kəndi ərazisində ildırım vurub. Nəticədə dəmir yolunun elektrik xəttində enerji kəsilib. İki saatdan çox hər iki istiqamətdə qatarların hərəkəti dayanıb.

Bundan başqa "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, Qazax-Bakı, Böyük Kəsik-Bakı, Balakən-Bakı, Ağstafa-Bakı və s. istiqamətdə sərnişin və yük qatarlarının hərəkəti iki saatdan çox dayandırılıb. Gecə saat 03:30 radələrində qatarların hərəkəti bərpa olunub. Nəticədə, bütün qatarlar Bakıya gecikmə ilə gəlib.

Böyük Kəsik-Bakı və Qazax-Bakı qatarları isə hələlik Bakıya çatmayıb. QSC-dən verilən məlumata görə, Böyük Kəsik-Bakı qatarı Bakıya 09:20-də, Qazax-Bakı isə 09:50-də çatmalı olduğu halda, bu qatarlar Biləcəri stansiyasına yalnız 14:30-da çatıb və təqribən 15:00-da həmin qatarlar təyinat məntəqəsində olacaq.

Ə.Hüseynli
AzNews.az
Bağla X