2020-ci ildə hər şagirdin öz kompyuteri olacaq

Azərbaycanda bir şagird-bir kompyuter nisbəti 2020-ci ildə təmin ediləcək. Bu barədə AzNews.az-a məlumatı Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov verib.

İdarə rəisinin sözlərinə görə, "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkə prezidentinin tələbi bir şagird - bir kompyuter nisbətinin təmin edilməsi nəzərdə tutulub.

Hazırda 2 min şagirdə kiçik kompyuterlərin verildiyini deyən nazirlik rəsmisi ölkənin ümumtəhsil məktəblərində 5 – 11 - ci siniflərdə 20 şagirdə bir kompyuter nisbəti təmin edilib.

E.Əlosmanqızı
AzNews.az