Paytaxtda ən ucqar kəndlərdə belə, olmayan yollar var Paytaxtda ən ucqar kəndlərdə belə, olmayan yollar var

Bu küçə ördəklər, yoxsa insanlar üçündür? - FOTO

Paytaxtda ən ucqar kəndlərdə belə, olmayan yollar var


"Paytaxtımız günü-gündən gözəlləşir, göz oxşayır" kimi sözləri tez-tez eşidirik. Eləcə də mütəmadi olaraq Bakı yollarında, küçələrində təmir-bərpa, tikinti işləri ilə qarşılaşırıq. Ancaq payızın elə ilk yağışındaca paytaxt yollarında su quşları üçün əlverişli şərait və "göz oxşayan" mənzərələr yarandı. Belə ərazilərdən biri də Binə qəsəbəsi Hövsan-Südçülük sovxozunun adsız küçələridir. Burdan keçmək, sözün əsl mənasında, bacarıq və səbir tələb edir.

Təqdim etdiyimiz fotolarda gördüyünüz mənzərələr isə küçə sakinlərinin ən şükür etdiyi halıdır. Belə ki, gün ərzində qısa yağışdan sonra bu hala düşən küçələrin qışda hansı görkəm alacağını təsəvvür etmək heç də çətin deyil.

Sakinlərin sözlərinə görə, bu küçənin nə yayı, nə qışı bir şey deyil. Yayda küləyin qaldırdığı toz-torpaqdan, qışda isə palçığından tərpənmək olmur. Bununla yanaşı, yolların kələ-kötürü küçənin nə böyüyündə, nə kiçiyində salamat ayaqqabı qoymayıb. Burda yaşamaq üçün ayda ən azı bir cüt ayaqqabı almaq imkanına sahib olmalısan. Ancaq təbii ki, hər ailə bu imkana sahib deyil. Amma onlar artıq bu şəraitdə yaşamağa öyrəndiklərindən "ayaqqabı dərdinə" çarə də tapıblar. Küçəni keçənə qədər başqa ayaqqabı, qışda isə uzunboğaz rezin çəkmə geyinmək "üsulundan" istifadə edirlər. Ancaq yağış yağdımı, nə çəkmə köməyə çatır, nə başqa şey... xırda qayıqlar olsa, bəlkə, hə. Bu olmadığına görə ümid yalnız küçənin kənarındakı qaz borularına qalır. Sakinlər bu boruları çəkənə rəhmət oxuyurlar.

Çünki ancaq o borulara yapışaraq və ya üstünə çıxaraq yerimək mümkün olur. Qışın qarında-palçığında onlar köməyini çatmadısa, özünü yerdə suların içində tapmasan, qəhrəman sayılırsan. Avtobus dayanacağına çatanda isə, vaxt sərf edib suya batmamaq üçün bir yol tapmalısan. Yoxsa mənzil başına çatmamışdan öncə suda boğulmamaq üçün bir xeyli enerji sərf etməlisən. Çünki, yollarda qazılmış dərin çuxurlar, quyuların sayı az deyil. Yağış yağanda, xüsusilə qaranlıqda bu əndrabadi yol "nişangahlarına" düşənlər də az olmayıb. Ona görə də, balacaların bu küçədə tək gedib-gəlməsi əməlli-başlı təhlükədir.

Qeyd edək ki, illərdi küçə sakinləri yollarla bağlı ancaq vəədlər eşidir. Növbəti ildə asfalt və ya heç olmasa hamarlanmış yollara sahib olacaqları ümidi ilə yaşayırlar. İndi isə verilən vədlərə görə, onlar 2013-cü ili gözləyir. Ancaq... artıq payız fəsli daxil olub və qarşıdan onların daha qatı düşməninə çevrilən qış da gəlir. Onlar ki, nə qədər aidiyyəti qurumların unutduğu bu küçədə yaşayırlar, deyəsən, payız kimi heç qış da xoş gəlməyəcək...Elə isə, Allah sizə səbir, aidiyyəti qurumlara insaf versin!

Məsələni diqqətdə saxlayacağıq.

Sevinc Fədai
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description