10:27
(077) 610-22-33

100 nəfərdən 95-i zəhər udur

  • >
515 26 Sentyabr 2012 08:05 | Cəmiyyət

Avropada aparılan araşdırmaya görə, böyük şəhərlərdə yaşayan hər 100 nəfərdən 95-i zəhər udur. Söhbət tərkibində təhlükəli maddələr olan hava ilə nəfəs almaqdan gedir. Beynəlxalq Səhiyyə Təşkilatının Avropanın bir sıra ölkələrində havanın çirklənməsinin dərəcəsi ilə bağlı apardığı araşdırma bu nəticəni ortaya çıxarıb.

Araşdırmalar barədə danışan ingilis bioloqu Jaklin Glayd bu vəziyyətin insanların ömrünü 2 il azaltdığını vurğulayıb. Havanın tərkibində olan kiçıkhəcmli təhlükəli maddələr ürək və tənəffüs yolu xəstəlikləri ilə yanaşı, ağciyər xərçənginə də səbəb olur.

E.Əlosmanqızı
AzNews.az
Bağla X