06:44
(077) 610-22-33

Təhsil Nazirliyindən sahibkarlara yeni xidmət

  • >
633 26 Sentyabr 2012 09:13 | Cəmiyyət

Təhsil Nazirliyi elektron xidmətlə bağlı yeni layihələr hazırlayıb. Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun AzNews.az-a verdiyi məlumata görə, 2013-cü ildən etibarən lisenziyaların verilməsi və akreditasiya prosesində elektron xidmətdən istifadə olunacaq: "Beləliklə də sahibkarlar nazirliyə elektron formada müraciət edəcəklər. Təhsil Tazirliyi tərəfindən ərizələrə müvafiq cavab verildikdən sonra yalnız bir dəfə lisenziya verilən yerə baxış keçiriləcək. O cümlədən akreditasiyadan keçmək istəyənlər də elektron ərizə ilə nazirliyə müraciət edəcəklər".

Nazirlik rəsmisi peşə təhsili sahəsində də xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə peşə təhsili müəssisələrinə ərizə qəbulunun elektron formada həyata keçiriləcəyini vurğulayıb. İxtisas seçiminin də elektron formada aparılacağını deyən S.Məmmədov 2013-cü ildən etibarən yeni layihələrin icrasına başlanacağını qeyd edib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X