Xaçmazın millət vəkilindən seçicilərinə zəng qadağası

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Avropa İttifaqı və Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi ilə "Vətəndaş İştirakı və Seçkili Orqanların Hesabatlılığı" proqramı çərçivəsində Xaçmazda keçirdiyi Vətəndaş Forumunda maraqlı fikirlər səslənib.

Xaçmazla yanaşı Quba, Qusar və Şabranı da əhatə edən forumda kitabxanaçı olaraq çalışan Ayna İsmayılova millət vəkillərinin fəallığının aşağı olduğunu bildirib.

Özünün şəxsən millət vəkillərinə yazılı olaraq müraciət göndərdiyini, lakin cavab almadığını bildirən kitabxanaçı "Bundan sonra onun mobil nömrəsinə zəng etdikdə o, "mənə bir də zəng eləmə və nömrəmi sil" cavabı verdi" deyə vurğulayıb. Mərkəz 55 saylı Xaçmaz seçki dairəsindən millət vəkili olaraq 58.46 faiz (13031 nəfər) səslə Arif Əşrəfovun seçildiyini bildirib.

E.Əlosmanqızı
AzNews.az