Yağış vulkan ərazisindəki qazın həcmini artırır

Lökbatan vulkanının püskürməsindən sonra qeydə alınan yağışlı hava şəraiti ərazidə aparılacaq tədqiqatın nəticəsinə təsir göstərə bilər.

AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmı şöbəsinin müdiri Adil Əliyevin Aznews.az-a verdiyi məlumata görə, yağış vulkan ərazisində qazın həcmini artırmaqla yanaşı, ərazidə qazın çıxması da müşahidə oluna bilər: "Buna görə də tədqiqat işləri zamanı bu amil də nəzərə alınmalıdır". Lakin hələlik yağışlı hava şəraiti ərazidə tədqiqat işlərinin aparılmasına imkan vermir.

E.Əlosmanqızı
AzNews.az