14:14
(077) 610-22-33

ANS “İkinci həyat”ı erotik filmə dəyişdi

  • >
2 069 27 Sentyabr 2012 14:28 | Cəmiyyət

MTRŞ ANS-lə bağlı yenidən qərar verməli olacaq



Sentyabrın 26-da 19:15-də ANS TV-də yayımlanan və 21:00-dək yayımı davam edən "Brecet Consun gündəliyi" bədii filmində dəfələrlə qeyri-etik və seksual xarakterli ifadələr işlədilib.

Tamaşaçıların AzNews.az-a verdiyi məlumata görə, film 18+ işarəsi ilə nümayiş etdirilsə də, yayım müddətində dəfələrlə uşaqların tərbiyəsinə mənfi təsir göstərəcək ifadələr yer alıb. Bu saatlar əsasən uşaqların evdə televizor qarşısında olduğu vaxt hesab edildiyindən filmin nümayişi narazılıqla qarşılanıb.

Milli Teleradio Şurasından isə məsələ ilə bağlı AzNews.az-a bildirilib ki, 18+ işarəsi ilə nümayişə çıxarılan filmin həmin saatlarda yayımı ilə bağlı monitorinq aparılacaq. Monitorinq zamanı 7.00-23.00 arasında bəzi proqramların yayımı ilə bağlı tətbiq edilən məhdudiyyətlərin pozulması halları aşkarlandığı təqdirdə ANS-i daha bir xəbərdarlıq gözləyir. MTRŞ belə bir faktın daha əvvəl də müşayiət olunduğunu bildirərək monitorinqin nəticəsindən asılı olaraq ciddi tədbirlər görüləcəyini istisna etməyib.

Qeyd edək ki, həmin saatlarda ANS TV-də "İkinci həyat" verilişi yayımlanmalı idi. Amma qeyri-etik ifadələrin işlədilməsi səbəbindən proqramın yayımının dayandırılması efirin bu dəfə də narazılıqla qarşılanan filmlə doldurulmasına şərait yaradıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X