06:44
(077) 610-22-33

Atatürkün tapançası 34 minə satıldı

  • >
663 27 Sentyabr 2012 14:32 | Cəmiyyət

Mustafa Kamal Atatürk üçün düzəldilən xüsusi tapança dünyanın ən böyük hərrac salonu olan Londondakı Çristisdakı hərracda 20 min sterlinq (təxminən 34 min AZN) satıldı.

Tapançanı Hollandiyada yaşayan Kırklarelili Bülent Türker alıb. 15 min sterlinqdən başlayan hərracda, üzərində qızıl hərflərlə "General Mustafa Kamal" yazan "Browning" markalı silah üstündə alıcılar tərəfindən başa baş mübarizə gedib. Satışı, internet və telefon üzərindən 60 -a yaxın alıcı təqib edib.

Vergi və digər xərclərlə birlikdə tapança cəmi 26 min sterlinq qiymətində satılıb. İngilislərin olduqca maraq göstərdiyi silahı satın almaq üçün Hollandiyadan Londona 3 gün əvvəl bu hərrac üçün gəldiyini söyləyən Türker, silahı satın aldıqdan sonra yaşadığı sevinci paylaşıb.

"Tapançanı Türkiyəyə gətirəcəyəm" deyərək həyəcanını gizləyə bilməyən Türker, bu silaha sahib olmağı çox istədiyini və satın aldığı üçün də çox xoşbəxt olduğunu ifadə edib: "Bu tapançanı satın almaq üçün Hollandiyadan Londona 3 gün əvvəl gəldim. Bu tapançanı Türkiyəyə aparacam. Bunu , Türkiyəmiz və şəhidlərimiz adına aldım və Türkiyəyə gətirməkdən qürur hissi keçirdirəm. Türkiyəmizə, Atatürkümüzə, milli və mənəvi dəyərlərimizə sahib çıxaq".

30 ildir Hollandiyada yaşayan Bülent Türkeri xeyriyyəçiliyi ilə bütün ölkə tanıyır.

Əminə
AzNews.az
Bağla X