Bu barədə millət vəkilinin rəsmi “Facebook” səhifəsində açıqlama verilib Bu barədə millət vəkilinin rəsmi “Facebook” səhifəsində açıqlama verilib

“Sevinin, Gülər Əhmədovanı insult vurdu”

Bu barədə millət vəkilinin rəsmi “Facebook” səhifəsində açıqlama verilib



Millət vəkili Gülər Əhmədova insult keçirib. AzNews.az xəbər verir ki, bu barədə millət vəkilinin rəsmi "Facebook" səhifəsində açıqlama verilib. "Sevinin, Gülər Əhmədovanı insult vurdu, sevinin"- deyə millət vəkilinin sosial şəbəkədəki səhifəsində yazılıb.

Xatırladaq ki, hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Strasburqda olan rektoru Elşad Abdullayevin millət vəkili Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Telman qızı Babayeva ilə bağlı yaydığı videomaterial bir neçə gündür ki, əsas müzakirə mövzusuna çevrilib. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Əli
AzNews.az