Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb. Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb.

Azərbaycanda altı sayt bağlandı

Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb.



AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, martın 1-dən etibarən "Teleqraf Holding" və " APA Holding"in tərkibinə daxil olan 6 sayt ləğv edilib.

Məlumat üçün bildərək ki, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan "Kult.az", "Tabloid.az", "İsvestiya.az" və "Kulis.az", "Ailem.az" , "Avtolent.az" saytlarına giriş dayandırılıb. Sözügedən media holdinglərin daxilində fəaliyyət göstərən bu sahəvi saytların bir çoxu yeni fəaliyyətə başlamışdı.

Məsələni dəqiqləşdirmək üçün "Qafqazinfo" media rəhbərləri ilə əlaqə saxlayıb. "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, bu gün şirkət bununla bağlı xüsusi açıqlama yayacaq və əlavə şərh verməkdən imtina edib.

"Teleqraf Holding"in rəhbəri Aynur Camalqızı isə məşğul olduğunu və hazırda danışa bilməyəcəyini bildirib.

Əldə etdiyimiz digər məlumatlara görə, fəaliyyəti dayandırılan saytlar Holdinglərdəki digər saytlara birləşdiriləcək.