“Azərbaycanda yaxın vaxtlarda dərmanların qiymətinə hökumət nəzarət edəcəkdir”. “Azərbaycanda yaxın vaxtlarda dərmanların qiymətinə hökumət nəzarət edəcəkdir”.

Əli Əhmədov dərmanların qiymətindən danışdı

“Azərbaycanda yaxın vaxtlarda dərmanların qiymətinə hökumət nəzarət edəcəkdir”.




AzNews.az AzərTac-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini bildirib ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Nazirlər Kabineti tərəfindən müvafiq qaydalar hazırlanandan sonra qiymətlər Tarif Şurası tərəfindən təyin olunacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycan hökuməti dərmanların vahid qiymətlə satılması üçün müvafiq işlər görür. Aidiyyəti qurumların əməkdaşları apteklərdə müntəzəm olaraq monitorinqlər aparırlar. Məqsəd Azərbaycanda satılan dərman vasitələrinin həm keyfiyyətinə nəzarəti ciddi şəkildə artırmaqdan, həm də onların qiymətinin süni surətdə artırılmasının qarşısı almaqdan ibarətdir.