Fotoqraf, şair Dadaş Adna dünyasını dəyişib. Fotoqraf, şair Dadaş Adna dünyasını dəyişib.

“Dado” öldü – “Dünya ilə senin də savaşın bitdi!” – VİDEO+FOTO

Fotoqraf, şair Dadaş Adna dünyasını dəyişib.



AzNews.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Dadaşın vaxtsız vəfatına uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəb olub. Bakıda bir neçə televiziya kanalında çalışan və bir neçə filmin baş operatoru olan məhrum, son vaxtlar doğulduğu kənddə - Sədərəkdə yaşayırdı. Gənclər arasında məşhur olan, özünü dəsti xətti ilə seçilən, bir şeir kitabı müəllifli Dadaş Adna daha çox "Dado" ləqəbi ilə tanınırdı.

Dadaş Adna - Əbdülqasım İsrafil oğlu Adnayev
1978 fevralın 3-də Naxçıvan MR Sədərək rayonunda riyaziyyat müəllimi İsrafil Adnayevin ailəsinin sonbeşiyi kimi doğulub. Orta məktəbi 8-sinifə qədər Sədərək rayon 2 saylı orta məktəbində oxuyub.1993-ci ildə Sədərəkdə müharibə getdiyindən təhsilini davam etmək üçün Sədərəkli həmyaşıdları ilə birlikdə Bakı şəhərində Kimya-biologiya təmayüllü baza litseyinə göndərilib. Orta təhsilini başa vurduqdan sonra Sədərək rayonuna qayıdan həvəskar olaraq, foto və video çəkilişləri ilə məşğul olmağa başlayır. 2001-2002-ci illərdə Bakıya gəlir və ştatdankənar olaraq, AzTV-də "Mədəniyyət Xəbərləri " verilişi və "Zirvə" verilişlərində ikinci operator kimi fəaliyyət göstərməyə başlayır. 2002-ci ildə "Gadimbayli Production"da baş operator və texniki işlər üzrə menecer kimi fəaliyyətə başlayır. "Min Ev Sədərək" və "Sizi Sevən Sərdaram" filmlərində operator kimi çalışır. Paralel olaraq, fotoqraf kimi də fəaliyyət göstərir. Reklam sahəsində özünü dizayner kimi də sınayan Dadaş Adna bir necə qurumlara loğotiplərin hazırlanmasında da iştirak edib. Daim öz üzərində işləyən Dadaş 2006-ci ildə RTV Regional Televiziya Şirkətinin Bakı ofisində Arxivarus və kameraman kimi fəaliyyət göstərir. Dadaş Adnanın müxtəlif mövzularda bədii fotossesiyaları var. O, əsasən insan portretləri çəkməyi çox sevirdi... Sosial şəbəkələrdə öz fotoları ilə qısa bir vaxta məşhurlaşan Dadaş Adna öz fəlsəfi və qeyri-adi fikirlərini və sərbəst vəzndə yazdığı özünəməxusus underground şerləri ilə də diqqət çəkirdi.




Onun ölümündən sonra yaxın qohumu olan tanınmış telejurnalist Telli Pənahqızı özünün facebook səhifəsində ürək ağrıdan sətirlər paylaşıb. Bu sətirlər həm də "Dado"nun taleyi barədə qısa məlumatdır:

"Adamlara uzaqdan baxmaq, yaxından tanımaq qədər kolay deyil... Hələ günlərin bir günü tanıdığın, sevdiyin, elinin hərarətini, gözlərinin dərinliyindəki kədəri hiss etdiyin, ağrı-acısını bildiyin, amma kömək etməkdə aciz qaldığın insan səssiz səmirsiz çıxıb gedirsə...bax, bu dözülməzdir, bu çox ağırdır, çox üzücüdür... Uyuduğu bir boyluq torpağa bələ əlin çatmayandasa, lap yanıb tökülürsən... Hələ anasız- atasız olduğunu biləndə, ağı deyib ağladanı olmayanda qəhərdən boğulursan.
Dadaş Adna!
Dostlarının DADO deyə çağırdığı gözəl, istedadlı oğlan!
Bu gece yenə senin üçün ağladım, senin üçün dua etdim. "Allahım onun günahlarını bağışla" - dedim... Özün kimi kədərli və tənha insanlar, ağaclar, uşaqlar idi - ağ-qara fotolarının qəhrəmanlarını seyr etdim!
Bu şəkillərdəki sifətlər özgənin olsa da, görüntülərin hamısında sən vardın, dəmək istədiyin, amma deyə bilmədiklərin vardı.... şeirlerində də... Bir tənha, unudulmuş kənd, xatirələr, sevdiyini etiraf etməyə vaxt tapmadığın və bəlkə də öz qederini bildiyinden qıyıb söyləmədiyin o köylü gözəl... Hamısı donub qaldı yaddaşlarda - bizim xatirəmizin yaddaşında...
Daha ağrımırsan ki, Dadaş, (mən sənə "Dado" deyə bilmirem), daha iynələrin göynərtisini hiss eləmirsən ki...
Damcı- damcı qanına qarışan o dərmanlar dərdinə çarə olmadı, bala!
Rahat yat, daha ağrıma,,,
Nədə olmasa, valideynlərinə qovuşdun! Analı-atalı dünyan mübarək!!! Bu fani dünya ilə senin de savaşın bitdi! Təəssüf ki, sən qalib ola bilmədin...."




İstedadlı fotoqrafın bir neçə fotolarını, fotolarından ibarət videoçarxı və video müsahibəsini təqdim edirik:




image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description