22:58
(077) 610-22-33

Sabah Bakıda yağış, rayonlarda qar yağacaq

  • >
1 677 3 Mart 2015 15:16 | Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə,

sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Martın 4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 05-də gündüz arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Bağla X