Müğənni Elza Seyidcahan “Bu şəhərdə”ni onu parodiya etdiyinə görə məhkəməyə verəcəyini və onlardan 100 min manat tələb edəcəyini deyib. Müğənni Elza Seyidcahan “Bu şəhərdə”ni onu parodiya etdiyinə görə məhkəməyə verəcəyini və onlardan 100 min manat tələb edəcəyini deyib.

“Bu şəhərdə”dən Elzaya cavab: “Bizim pulla kitab buraxmaq istəyir”

Müğənni Elza Seyidcahan “Bu şəhərdə”ni onu parodiya etdiyinə görə məhkəməyə verəcəyini və onlardan 100 min manat tələb edəcəyini deyib.


"Bu şəhərdə"nin bədii rəhbəri Müşfiq Abbasov Elza Seyidcahanın 100 minlik məhkəmə iddiasına cavab verib.

O, AzNews.az-a bildirib ki, yəqin Elza xanım "Bu şəhərdə"dən aldığı pulun hesabına kitab buraxacaq: "Mən isə məhşurlaşdırdığımıza görə ondan 200 min manat tələb edəcəm. Bununla onu daha da populyar edəcəm, kitabları daha çox satılacaq, o kitablarda yer alan şeirləri oxunacaq. Və nəhayət, bizim hesabımıza Elza xanım xeyli pul qazanacaq. Aldığım 200 minin 100 minini yenidən ona qaytaracam".



Qeyd edək ki, Elza Seyidcahanın "Bu şəhərdə"ni onu parodiya etdiyinə görə məhkəməyə verəcəyini və onlardan 100 min manat tələb edəcəyi xəbərini "axsam.az" saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az