Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən, Türkiyənin Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə edilən 19 yaşlı Azərbaycan əsgərini Sərxan Tahirzadə baxımsız vəziyyətdədir. Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən, Türkiyənin Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə edilən 19 yaşlı Azərbaycan əsgərini Sərxan Tahirzadə baxımsız vəziyyətdədir.

Yayda cəbhədə ayaqlarını itirən o əsgərimiz indi - Baxımsız durumda

Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən, Türkiyənin Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə edilən 19 yaşlı Azərbaycan əsgərini Sərxan Tahirzadə baxımsız vəziyyətdədir.


Yataqda olanda Türkiyənin və Azərbaycanın dövlət adamları, millət vəkillərinin tez-tez baş çəkdiyi əsgərimiz indi deyəsən. Heç kimin yadına düşmür. Bu barədə məlumatı Sərxan Tahirzadənin özü qaziler.az saytına bildirib: "Açığı, belə münasibət gözləmirdim. Bu, mənə çox pis təsir edir! Bu yaşda iki ayağım yoxdur, dövlətin mənə verdiyi pensiya isə 70 manatdır. 150 manat da prezident təqaüdü verirlər. Deməli, mən bu məbləğlə yaşamalı, hələ bir ailə də qurub onu saxlamalıyam! Neçə vaxtdır qapanıb qalmışam evdə. Həyətə düşüb yeriyə bilmirəm, yıxılıram. Ya palçıq, ya da daş kəsək imkan vermir yeriyəm..."

Sərxan Tahirzadənin anası Mahirə Tahirova isə oğlunun bu vəziyyətinə dözə bilmədiyini deyib:
"Sərxanı orduya yola salanda boy-buxunlu bir oğlan idi...Üstümə səksən santimetr qayıtdı balam! O, yaralananda, xəstəxanada yatanda hamı halını soruşur, dərdimizi dinləyirdi. Amma indi bizə kömək edən yoxdur. Həyat yoldaşım da əlildir. İşləyə bilmir. Mən onları 220 manatla necə saxlayım?! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin Bayram adlı bir müdiri var. Oğlumla getmişik ki, bizə kömək edin. Qayıdıb bizim üstümüzə çığırır! Ümidimiz Qənirə Paşayevadır. İki dəfə cəhd eləmişik görüşə bilməmişik. Sonuncu dəfə köməkçisi dedi ki, Türkiyədədir, martın 6-da Bakıya gələcək. İndi onu gözləyirik. Oğlumun Bakıya müalicəyə gəlib getməyi var, digər xərcləri var. Lakin heç kəs kömək etmir. Deyirlər Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yaxşı adamdır, amma onunla görüşə bilmirik. Bakıya gələndə yardım istədik, müavini bizə qarşı böyük hörmətsizlik etdi."