Fevralın 16-da Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılan 28 yaşlı Lalə Bayramova vəziyyəti yaxşılaşdığı üçün artıq evə yazılıb. Fevralın 16-da Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılan 28 yaşlı Lalə Bayramova vəziyyəti yaxşılaşdığı üçün artıq evə yazılıb.

5-ci mərtəbədən yıxılan qadından xəbər var

Fevralın 16-da Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılan 28 yaşlı Lalə Bayramova vəziyyəti yaxşılaşdığı üçün artıq evə yazılıb.



Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, L.Bayramova onurğa sütunu da daxil olmaqla, çoxsaylı sınıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sol bazu sümüyü, körpücük sümüyü, 11-ci döş fəqərəsi və 3-cü bel fəqərəsi sınmışdı. Zərərçəkən dərhal neyrocərrahın baxışından keçirilib, daha sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olsa da, mütəxəssislərin səyi nəticəsində onun həyatı üçün təhlükə sovuşub.

Xatırladaq ki, 28 yaşlı Lalə Bayramova paltar asarkən ehtiyatsızlıq nəticəsində eyvandan yıxılmışdı. Həyat yoldaşı onu saxlamağa çalışsa da, buna nail ola bilməmişdi. Lakin xoşbəxtlikdən qadın sağ qalıb və ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Onun yıxılmasını əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.