Dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı xəbər yayılmışdı. Dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı xəbər yayılmışdı.

Ayaqlarını itirən əsgərimizin fəryadına - Reaksiyalar

Dünən ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı xəbər yayılmışdı.



Sərxan 77 manat pensiya, 150 manat da prezident təqaüdü ilə dolana bilmədiyini, sığorta pulunu isə Dövlət Sığorta Şirkətindən ala bilmədiyini dilə gətirmişdi. Onun anası Mahisə Tahirova isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin müdiri Bayram adlı şəxs tərəfindən təhqir olunduqlarını bildirmişdi. M. Tahirova əlavə etmişdi ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilmir, müavini isə onlara qarşı hörmətsizlik edir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Lənkəran şəhəri Kosalar kənd bələdiyyəsi açıqlama yayıb. ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin açıqlamasına görə, Sərxan Kamil oğlu Tahirzadənin sosial müdafiəsinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində bütün müvafiq işlər aparılıb. O bildirib ki, Sərxan Tahirzadə Türkiyədə müalicə olunub vətənə qayıtdıqdan sonra ƏƏSMN-in Lənkəran rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) əməkdaşları dərhal onun ailəsinə baş çəkib və əlillik sənədlərini tərtib edərək ona hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar I qrup əlillik təyin ediblər. TSEK tərəfindən S.Tahirzadəyə müvafiq reabilitasiya vasitəsi olaraq əlil arabası təklif edilsə də o, buna ehtiyacı olmadığını bildirib: "ƏƏSMN-nin Lənkəran rayon Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən S.Tahirzadəyə Azərbaycan Respublikasının müdafiəsi səbəbindən I qrup əlil kimi Azərbaycan Respublikası Prezidentinin 150 manat məbləğində aylıq təqaüdü və 77 manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sərxan Tahirzadənin atasına isə ayda 130 manat məbləğində əmək pensiyası ödənilir". Şöbə müdiri vurğulayıb ki, bununla yanaşı, S.Tahirzadə dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmək üçün cari il martın 2-də ƏƏSMN-də növbəyə götürülüb. Bir qədər əvvəl isə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən S.Tahirzadənin ona Türkiyədə müalicə olunarkən verilmiş protez məmulatı ehtiyac yarandığı üçün təmir olunaraq yenidən istifadəsinə verilib: "Qarşıdakı dövrdə də ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün sosial müdafiə və tibbi-sosial reabilitasiya tədbirləri həyata keçirilərkən Sərxan Tahirzadə də həmin tədbirlərə cəlb ediləcək".



E.Babayevin sözlərinə görə, həmçinin S.Tahirzadə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan şəxs qismində qeydiyyatda olduğu rayon (şəhər) İH-ə müraciət edə bilər. Çünki bu məsələ icra hakimiyyətinin səlahiyyətindədir. Əgər o, icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülərsə, ƏƏSMN tərəfindən onun mənzillə təminatı həyata keçiriləcək: "Sərxan Tahirzadənin Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət aldığına görə ona sığorta ödənişinin həyata keçirilməməsi ilə əlaqədar narazılığına gəldikdə isə, bildiririk ki, bu məsələnin həlli ƏƏSMN-nin səlahiyyətlərinə aid deyil və bununla əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət olunmalıdır". E.Babayev əlavə edib ki, S.Tahirzadə ilə telefonla əlaqə saxlanılarkən hazırda onun heç bir peşəsinin olmadığı məlum olub: "Bununla əlaqədar Sərxan Tahirzadəyə ƏƏSMN-nin Bakının Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu və ya digər peşə üzrə peşə hazırlığı kursuna cəlb olunması təklif edilib. Müasir standartlara cavab verən bu mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş əlilliyi olan şəxslər peşə təlimi müddətində dövlət hesabına yataqxana, tibbi xidmət, yeməklə də təmin edilirlər. Sərxan Tahirzadə burada peşə hazırlığı kursuna cəlb olunarsa, kursu bitirdikdən sonra ona peşə sertifikatı veriləcək və məşğulluğunun təmin olunması üçün müvafiq işlər aparılacaq".



Lənkəran şəhəri Kosalar kənd bələdiyyəsi də sözügedən məsələyə reaksiya verib. Bələdiyyə nümayəndəsi Habil Məmmədov deyilənlərin heç birinin həqiqətə uyğun olmadığını qeyd edib: "İcra başçısı Taleh Qaraşov özü şəxsən ona diqqət və qayğı göstərib və yardım edib. Onun evi təmir edildi. Ona rahat olması üçün hər bir şərait yaradıldı. Hətta vanna otağı aşağı mərtəbədə idi, ona rahat olsun deyə otağının yanında hamam düzəldildi. İcra başçısı Sərxangilin evinə telefon, internet çəkdirdi. O ailəyə bir müəssisə təhkim olunub, hər ay baş çəkir və maddi yardım göstərir". O qeyd edib ki, hətta rayonun deputatı Hadi Rəcəbli icra başçısının müavini İlqar Dadaşovla birlikdə Sərxana ad günündə, yəni ötən il avqustun 19-da ailəsinə ayrıca baş çəkiblər. Hər ayda ən azı bir dəfə Hadi müəllimin köməkçisi ailəyə baş çəkir və onların qayğıları ilə maraqlanır. Onun rahatlığı üçün hər şey var. Sərxanın "heç kim qapımı açmır" deməsi bütün edilənləri yerə vurmaq deməkdir".



Sərxan Tahirzadənin qarşılaşdıqları problemləri öz saytında (Qaziler.az) işıqlandıran Qarabağ Qaziləri Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Lənkəran şəhəri Kosalar kənd bələdiyyəsinin sözügedən məsələ ilə bağlı açıqlamasına münasibət bildirib. Açıqlamada deyilir: "Qaziler.az saytında ötən ilin iyulun 30-dan avqustun 1-nə keçən gecə ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən əsgər Sərxan Tahirzadənin qarşılaşdığı problemlərdən, ona olan biganəlikdən bəhs edilən yazıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsindən Bayram adlı şəxsin, Azərsığorta Dövlət Şirkətinin və Lənkəran rayon icra hakimiyyətinin adları çəkilib. Saytın təsisçisi olan "Qarabağ qaziləri" birliyi dəfələrlə bəyan edib ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təyin edildiyi gündən Qarabağ əlillərinə, şəhid ailələrinə diqqət və qayğının artdığı nəzərəçarpacaq dərəcədə hiss olundu. Və onun bu qəbildən olan insanlara yanaşmasını təqdir edib. Hazırda müharibə insanlarının problemləri ilə, az-çox məşğul olan elə bu nazirlik və şəxsən Səlim Müslümovdur. Amma elə məsələlər var ki, şəxsən onluq deyil. Məsələn hazırda cəbhədə yaralanaraq 1-ci qrup olan əsgərə dövlət tərəfindən 77 manat pensiya, 150 manat isə prezident təqaüdü verilir. Və bu çox azdır. Bu məsələ dərhal və ciddi şəkildə müzakirə edilməlidir. Nazirlik səlahiyyətləri çərçivəsində öhdəsinə düşəni edib və edir. Amma Sərxan Tahirzadənin anası ilə nazirliyin qəbul şöbəsində Bayram adlı şöbə müdiri tərəfindən təhqir edilməsi yol verilməzdir. Yaxşı olar ki, nazirlik araşdırma aparıb bu məsələyə aydınlıq gətirsin. Özü də bu birinci hal deyil. Bu Bayram kimdirsə, dəflərlə Qarabağ əlilini təhqir edib. Qaziler.az saytında o, üç yazıda tənqid edilib. S.Tahirzadənin digər problemi isə onun yaralandığına görə hələ də sığorta ala bilməməsidir. Bu da bir başa neçə müddətdir şəhidlərin və qazilərin qan pulunu verməyən Azərsığorta Dövlət Şirkətinin məsuliyyətidir. Başqa problem isə Lənkəran Rayon İcra Hakimiyyətindədir".



Qeyd edək ki, məsələ ictimailəşəndən sonra millət vəkili Qənirə Paşayeva Sərxan Tahirzadə ilə əlaqə saxlayıb. O hazırda xaricdə olduğunu, vətənə qayıdan kimi onun problemləri ilə şəxsən məşğul olacağını deyib.