N.D. Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. N.D. Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezident millət vəkilinə orden verdi - SƏRƏNCAM

N.D. Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.



AZNEWS.AZ xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".



Qeyd edək ki, Novruzəli Aslanov 1963-cü il martın 22-də Bakı şəhərində anadan olub.

Azərbaycan Politexnik İnstitutunun avtomatika və elektron-hesablayıcı texnika fakültəsini bitirib. "Tərəqqi" medalı ilə təltif edilib. 6 kitabın müəllifidir.

1999–2003-cü illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri olub.

2003-cü ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvüdür.

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Albaniya, Azərbaycan-Danimarka, Azərbaycan-Kuba, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.