03:44
(077) 610-22-33

Məhəmməd Əmin Rəsulzadə bu gün vəfat edib – 60 il öncə

  • >
2 071 6 Mart 2015 09:17 | Cəmiyyət

Tarixdə bu gün: 6 mart


Tarixdə bu gün martın 6-da Bakıda əsgər, zabit və fəhlə deputatları sovetləri yaradılmağa başlayıb, Dmitri Mendeleyev "Dövri sistem"in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib, Məhəmməd Əmin Rəsulzadə Ankarada 71 yaşında vəfat edib.

1868 - Dmitri Mendeleyev "Dövri sistem"in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib.

1899 - Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib.
1902 – "Real Madrid" futbol klubu təşkil edilib.

1917 – Bakıda əsgər, zabit və fəhlə deputatları sovetləri yaradılmağa başlayıb. Bu, Rusiyadakı Fevral burjua inqilabı (27 fevral 1917) və çarizmin süqutundan sonra bolşeviklərin Bakıda hakimiiyətə gəlmək yönündə ilk addımı idi.
1924 - İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub.

1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Milli Şurasının sədri, "Müsavat" partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə Ankarada 71 yaşında vəfat edib. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə gedib, Türkiyədə, həmçinin 1930-1940-cı illərdə Avropada Azərbaycan siyasi mühacirətinə rəhbərlik edib, "Azərbaycan" dərgisini nəşr etdirib. Ankarada Əsri qəbristanlığında dəfn edilib.

1957 - Qana Respublikası müstəqilliyini elan edib.
1960 - İsveçrədə qadınlar bələdiyyə seçkilərində iştirak hüququ əldə edib.
1990 – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti "Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında" qərar qəbul edib. Lakin bu cür formal qərarlarla Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərinin qarşısını almaq mümkün deyildi.
1992 – Azərbaycan Respublikası Ali Sovetinin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyi baş verib. Martın 5-də Ali Sovetin sədri vəzifəsindən getmiş Elmira Qafarovanın ardınca prezident Ayaz Mütəllibov da istefa verməyə məcbur olub. Ali Sovetin sədri Yaqub Məmmədov, eyni zamanda, prezident səlahiyyətlərini icra etməyə başlayıb. 1992-ci il mayın 18-də Xalq Cəbhəsinin hakimiyyəti ələ alması ilə Yaqub Məmmədov vəzifəsindən kənarlaşdırıldı.

1994 – Azərbaycan prezidenti Heydər Əliyev Çin Xalq Respublikasına rəsmi səfərə gedib. Səfər gedişində ikitərəfli sazişlər imzalanıb, Çin rəhbərləyi Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Bağla X