04:03
(077) 610-22-33

Sürücülərin nəzərinə: bu yol bağlanır

  • >
1 724 6 Mart 2015 10:41 | Cəmiyyət

Bu gün Heydər Əliyev prospektinin köməkçi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin "APA-Economics"ə verdiyi məlumata görə, prospektin Böyük Şor qovşağından "Bazarstore" qovşağına qədər olan hissəsində axşam saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

"Buna məqsəd həmin köməkçi tunelin rənglənməsi, eyni zamanda yolun hərəkət hissəsində üfüqi nişanlanması işləri aparılacaq. Səhər saatlarına qədər işlərin tamam yekunlaşması gözlənilir", - deyə P. Mürsəliyev bildirib.
Bağla X