14:51
(077) 610-22-33

Vətəndaşların müraciətləri ilə bağlı qaydalar dəyişdirilir

  • >
2 042 6 Mart 2015 14:25 | Cəmiyyət

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında yeni “Vətəndaşların müraciəti haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.




Qanun layihəsi barədə məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qeyd edib ki, yeni qanun layihəsi insan və vətəndaşın öz hüquq və azadlıqlarından istifadə edərək, konstitusion hüququ olan müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır.

Komitə sədri bildirib ki, 17 maddədən ibarət yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş "Vətəndaşların müraciət qaydaları haqqında" qanunun tamamilə yenidən işlənib və təkmilləşdirilmiş formasıdır. Həmin qanuna görə vətəndaşların araşdırılması rəsmi tələb olunan 3 rəsmi müraciət – təklif, ərizə və şikayət forması var idisə, yeni qanun layihəsində bu, artırılaraq 10 müraciət formasına çatdırılır. Buraya hazırda qüvvədə olan 3 müraciət formasından başqa elektron, şifahi, telefon, anonim, kollektiv müraciətlərlə yanaşı, teleradio vasitəsilə edilən müraciətlər də daxildir. Əlavə olunmuş yeni müddəalar vətəndaşların müxtəlif üsullarla vəzifəli şəxslərə, aidiyyəti qurumlara müraciətini təmin edəcək, qanun pozuntularının qarşısını alacaq.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Nigar
AzNews.az
Bağla X