14:35
(077) 610-22-33

“Kübra Dadaşova komaya düşməyib, bir az soyuqlayıb”

  • >
2 249 7 Mart 2015 12:50 | Cəmiyyət

Dünən ölkə mediasında Gənc Tamaşaçılar Teatrının aktrisası Kübra Dadaşovanın komaya düşdüyü və bu üzdən səhhətinin ağır olduğu, iki barmağının isə kəsildiyi haqda xəbər yayılıb.



Teatrının truppa müdiri Ələsgər Məmmədov AzNews.az-a aktrisanın komaya düşdüyü xəbərini təkzib edib: "Onun əməliyyat olunmağı xəbəri isə bir müddət öncənin xəbəridir. Yəni, bu, yeni deyil. Həmin vaxt doğrudan da onun iki barmağı kəsilmişdi. İndi isə Kübra xanım soyuqladığına görə xəstəxanaya düşüb, səhhəti də yaxşıdır".

Qeyd edək ki, aktrisanın koma vəziyyətində olduğu haqda ilk dəfə onun qızı, həmin teatrın aktrisası Təhminə Məmmədova bildirib və anasının şəkər xəstəsi olduğunu etiraf edib: "Anam iki dəfə əməliyyat olunub. İndi vəziyyəti elədir ki, həkimlər heç əməliyyata da icazə vermirlər. Anam istəmir ki, kimsə onu bu vəziyyətdə görsün. O, insanların yaddaşında olduğu kimi qalmaq istəyir, bu vəziyyət yox. Biz yenə də Allaha dua edirik. Xəstəlik onun ayağına da keçmək üzrədir. Biz heç bilmirik, o, sağ qalacaq, yoxsa yox".

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X