20:30
(077) 610-22-33

Türkiyə Hərbi Hava Qüvvələri komandanının Azərbaycana səfəri başa çatdı

  • >
1 391 7 Mart 2015 18:50 | Cəmiyyət

Türkiyə Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəmizə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.



APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.

Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.
Bağla X