Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bacarıqlı əməkdaşların vəzifədə irəli çəkilməsi və həvəsləndərilməsi üçün “Ən yaxşı əməkdaş” müsabiqəsi keçirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bacarıqlı əməkdaşların vəzifədə irəli çəkilməsi və həvəsləndərilməsi üçün “Ən yaxşı əməkdaş” müsabiqəsi keçirib.

Cəzaçəkmə nəzarətçisi “Ən yaxşı əməkdaş” oldu - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bacarıqlı əməkdaşların vəzifədə irəli çəkilməsi və həvəsləndərilməsi üçün “Ən yaxşı əməkdaş” müsabiqəsi keçirib.



Xidmətdən AzNews.az-a verilən məlumata görə, bu məqsədlə tabe qurumlarda müsabiqə keçirilib.

Mərkəzi Müsabiqə Komissiyasına təqdim olunan əməkdaşlar "Ən yaxşı əməkdaş" adı uğrunda mübarizədə peşə hazırlığı, fiziki hazırlıq və atıcılıq bacarıqlarını nümayiş etdiriblər.


Müsabiqədə, ümumilikdə 65 əməkdaş iştirak edib. Onlar arasında qalib adını 9 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin nəzarətçisi, ədliyyə baş çavuşu Sabir Ağayev qazanıb. Konvoy taborunun 3-cü konvoy bölüyünün mühafizəçisi, ədliyyə baş çavuşu Ehtiram İslamov ikinci, Avtonəqliyyat təsərrüfatının kiçik inspektoru, ədliyyə kiçik giziri Vasif Hüseynov üçüncü yerə layiq görülüb.