01:22
(077) 610-22-33

“İşimə qayıdacam...” – Ceyhun Əsgərov

  • >
1 432 10 Mart 2015 12:55 | Cəmiyyət

"Mətbuatda mənim barəmdə yayılan məlumatların heç bir əsası yoxdur".



AzNews.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərov mətbuatda işdən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Ceyhun Əsgərov ANS-dən qovulduğu ilə bağlı yayılan məlumatların tam əsassız olduğunu dilə gətirib. O qeyd edib ki, bu məlumatları eşidəndə xeyli təəccüblənib: "Yayılan məlumatlar həqiqətə uyğun deyil. Mən bayramqabağı məzuniyyət götürmüşəm və hazırda ailəmlə vaxt keçirirəm. Məzuniyyətim bitəndən sonra işimə qayıdacam. Bununla yanaşı qeyd edim ki, ANS həmişə mənə və anam, milli qəhrəman Salatın Əsgərovanın ruhuna hörmətlə yanaşıb. Digər kanallardan fərqli olaraq ANS anamın anım gününü heç vaxt yaddan çıxarmayıb. Mən ANS-də işləməyəndə də milli qəhrəman Salatın Əsgərova ilə bağlı süjetlər hazırlayıb".

Jurnalist bildirib ki, Seyfulla və Vahid Mustafayevlər, həmçinin Mirşahin Ağayev onun müəllimləri olub. Ceyhun Əsgərov ANS-in öz həyatında tamam fərqli bir yeri olduğunu və ANS-in məktəb olduğunu qeyd edib: "ANS iş yeri deyil, həyat tərzidir. ANS-də neçə illərdir çalışıram və bura mənim üçün doğma mühitdir. Yaxşı kollektivdə işləmişəm. Hər zaman bir ailə kimi olmuşuq və bir yerdə çiyin-çiyinə çalışmışıq", - deyə jurnalist qeyd edib.
Bağla X