11:46
(077) 610-22-33

14 illik hesabatla bağlı iclas keçirildi

  • >
1 290 11 Mart 2015 12:25 | Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi fəaliyyətinin 15 illiyinə start verib.



Mərkəzdən AzNews.az-a verilən məlumata görə, Mingəçevirdə idarə heyətinin növbəti iclası keçirilib.

İclasın gündəliyinə Mərkəzin regional ofislərinin 2015-ci il üzrə iş planlarının təsdiq olunması, Mərkəzin 15 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi və digər məsələlər daxil edilib.

İdarə heyətinin sədri Fəxrəddin Həsənzadə Mərkəzin 2014-cü ildəki fəaliyyəti, görülmüş işlər və qazanılmış uğurlar barədə məlumat verib.

Gəncə, Mingəçevir, Qarabağ, Aran və Quba regional ofislərinin rəhbərləri çıxış edərək, növbəti dövrdə görəcəkləri işləri təqdim edib, planları barədə fikir mübadiləsi aparıblar.
Daha sonra Mərkəzin region ofislərinin iş planları və bir sıra proqram sənədləri təsdiq olunub.

Gənclər üçün Təhsil Mərkəzinin cari ilin sonunda qeyd ediləcək 15 illik yubileyi ilə əlaqədar tədbirlər planı da geniş müzakirə edilib, məsələ ilə əlaqədar bir sıra qərarlar qəbul edilib.
Bağla X