Bu il Həcc ziyarəti üçün qiymətlər əvvəlki illə müqayisədə bahalaşıb. Bu il Həcc ziyarəti üçün qiymətlər əvvəlki illə müqayisədə bahalaşıb.

Şeyx qiymətləri niyə qaldırdı? - Axunddan açıqlama

Bu il Həcc ziyarəti üçün qiymətlər əvvəlki illə müqayisədə bahalaşıb.


Belə ki, VİP xidmətlərlə Həcc ziyarətinin 5750, adi xidmətlərlə isə 4700 dollar olacağı gözlənilir.

Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov AzNews.az-a bu faktı təqdiq edib.

Onun sözlərinə görə, həcc ziyarətinin qiymətlərinin artmasının bir neçə səbəbi var.
"Birincisi, zəvvarların orada qalacaqları mehmanxanaların qiyməti dəyişilib. Üstəlik, bu dəfə ziyarətə yaxın yerdə yerləşən, həm də səviyyəli mehmanxalarla danışılıb. Əvvəlki illərdə qaldığımız mehmanxanalarla, indikilər arasında xeyli fərq var. Hazırda zəvvarlar gündəlik xidmət üçün özlərinə avtomobil icarəyə götürə və taksi sifariş edə bilərlər. Ümumilikdə isə Həcc ziyarətinin qiyməti komforta görə dəyişir", - deyə Hacı Rauf Sərdarov əlavə edib.

Azərbaycanda Həcc ziyarətini təşkil edən Qafqaz Müsəlmanları İdarəsi Təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov isə AzNews.az-a bu məsələnin onun səlahiyyətində olmadığını və buna görə də heç bir məlumat verə bilməyəcəyini vurğulayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az