"Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə "Vətənim Azərbaycan" adlı layihəni başa vurub. "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə "Vətənim Azərbaycan" adlı layihəni başa vurub.

Fondun dəstəyi ilə çağırışaqədərki gənclər maarifləndirildi

"Gənclərin Sağlam İnkişafı" İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə "Vətənim Azərbaycan" adlı layihəni başa vurub.



Birlikdən AzNews.az-a verilən məlumata görə, layihə çərçivəsində gənclər üçün 20-yə yaxın müxtəlif məzmunlu təlimdən ibarət olan düşərgə təşkil olunub. Layihənin həyata keçirilməsində əsas məqsəd gənc nəslin hərbi ruhda böyüməsinə dəstək olmaq, çağırışaqədərki müddətdə onların mənəvi- psixoloji hazırlığını təmin etmək və rəqabət hissini artırmaqdan ibarət olub.

Sözügedən düşərgədə iştirakçılara hərbi- vətənpərvərlik mövzusunda hərbçi mütəxəsislər tərəfindən keçirilən bu təlimlərlə yanaşı müxtəlif yarışlar, idman oyunları və tariximiz, xüsusilə milli qəhrəmanlarımız haqqında dəyirmi masalar təşkil olunub.

Bundan əlavə hərbi hissələrdən birində keçirilən görüş və "Paint ball" oyunu da gənclərin böyük marağına səbəb olub.

Onu da qeyd edək ki, hər günün sonunda yarışan komandalar juri tərəfindən qiymətləndirilib, düşərgənin sonunda isə qalib komanda mükafatlandırılıb. Ümumilikdə isə düşərgə iştirakçılarına müxtəlif diplom və sertifikatlar verilib.
image description