Tanınmış telejurnalist Əli Əhmədov yenidən efirə qayıdaraq “Space” telekanalında fəaliyyətə başlayıb. Tanınmış telejurnalist Əli Əhmədov yenidən efirə qayıdaraq “Space” telekanalında fəaliyyətə başlayıb.

“2 gündür ki, “Space”də çalışıram” – Əli Əhmədov

Tanınmış telejurnalist Əli Əhmədov yenidən efirə qayıdaraq “Space” telekanalında fəaliyyətə başlayıb.



O, AzNews.az-a bu vəzifəyə təyin olunması xəbərini təsdiq edib və bildirib ki, mart ayının 11-dan etibarən bu telekanalda Xəbərlər Departamenti rəhbərinin müavini vəzifəsinə çalışır: "Artıq iki gündür ki, öz vəzifəmin icrasına başlamışam".

Qeyd edək ki, Fins.az saytının rəhbəri olan və uzun müddət ANS telekanalında iqtisadiyyat xəbərlərinin aparıcısı vəzifəsində işləyən Əli Əhmədovun "Space"də işə keçməsi haqda xəbəri "qafqazinfo" saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az