07:03
(077) 610-22-33

Bakıda sabah 15 dərəcə isti olacaq

  • >
2 001 12 Mart 2015 13:30 | Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə,

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar və qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.
Bağla X