22:12
(077) 610-22-33

Bilik Fondu jurnalisti şagirdlərlə görüşdürdü - Tovuzda

  • >
1 339 12 Mart 2015 15:39 | Cəmiyyət

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) rəhbəri Seymur Verdizadə Prezident yanında Bilik Fondunun dəstəyi ilə Tovuz rayonu Aşağı Quşçu kəndində fəaliyyət göstərən İsmayıl Mürşüdov adına tam orta məktəbin yuxarı sinif şagirdləri ilə görüş keçirib.



AzNews.az xəbər verir ki, şagirdlər arasında dövlət atributlarının təbliğ edilməsinə həsr olunmuş görüş Azərbaycanın dövlət himninin ifası ilə başlayıb.

Daha sonra şagirdləri salamlayan S. Verdizadə Azərbaycanın istiqlaliyyətinin bərpası uğrunda aparılan mübarizə haqqında məlumat verərək, müstəqil dövlət quruculuğunu xalqımızın ən böyük tarixi uğuru kimi qiymətləndirib.

Ölkənin müstəqilliyini simvolizə edən əsas elementlərin müvafiq dövlət atributları – Bayraq, Gerb və Himn olduğunu diqqətə çatdıran S. Verdizadə həmin rəmzlərin mənasını şagirdlərə ətraflı izah edib.

S. Verdizadə çıxışdan sonra şagirdlərin çoxsaylı suallarını cavablandırıb.
image description image description image description
Bağla X