- Köhnə - Cəmiyyət
- 13 Mart 2015 09:15
- 2 827
Bu gün “Mixaylo” anadan olub – 88 il öncə
Tarixdə bu gün: 13 mart
Tarixdə bu gün martın 13-də 1991-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Stepanakert" aeroportunun Xocalı rayonu ərazisində yerləşdiyi nəzərə alınaraq onun adı dəyişdirilib və "Xocalı" aeroportu adlandırılıb.
1781 — İngilis Astronomu Uilyam Herşel öz əli ilə düzəltdiyi teleskop vasitəsilə Günəş sisteminin yeddinci planetini - Uranı kəşf edib.
1869 — Rus kimyaçısı Dmitriy Mendeleyev Dövrü sistemin quraşdırılmasını tamamlayıb.
1900 — Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Giorgos Seferis anadan olub.
1913 — Rus yazıçısı Sergey Mixalkov anadan olub.
1917 — Petroqradda "Petroqrad İşçi və Əsgər Deputatlarının Şurasının Xəbərləri", indiki "Xəbərlər" qəzetinin ilk nömrəsi işıq üzü görüb.
1921 — Monqolustan Çindən ayrılaraq öz müstəqilliyini elan edib.
1927 — "Uzaq sahillərdə" filmindəki "Mixaylo" obrazı ilə yadda qalan Azərbaycanın xalq artisti Nodar Şaşıqoğlu anadan olub.
1930 — SSRİ-də Moskva İş Birjası bağlanıb. Sovet İttifaqı işsizliyi tam aradan qaldırmış ilk ölkə olub.
1930 — Amerikalı astronom Klod Tombo Günəş sisteminin doqquzuncu planetini olan Plutonu kəşf etdiyini elan edib.
1938 — SSRİ hökuməti bütün müttəfiq respublikaların məktəblərində rus dilinin icbari tədris olunması barədə qərar verib.
1938 — Avstriya sülh yolu ilə Nasist Almaniyasına qoşulub.
1954 — SSRİ Dövlət Təklükəsizliyi Komitəsi (КГБ) yaradılıb.
1954 — Hind-Çin müharibəsi Den Byen fu döyüşü ilə başlayıb.
1967 — Konqoda dövlətə xəyanətdə günahladırılan separatçıların əvvəlki lideri Moiz Çombe qiyabi olaraq ölümə məhkum edilib.
1979 — Avropa Valyuta sistemi işə salınıb.
1991 — Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə "Stepanakert" aeroportunun Xocalı rayonu ərazisində yerləşdiyi nəzərə alınaraq onun adı dəyişdirilib və "Xocalı" aeroportu adlandırılıb.
1992 — Helsinkidə ATƏM-in (1995-ci ildən ATƏT) rəhbər komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk təcili iclası çağırılıb.
1994 — Görkəmli aktyor və rejissor Həsən Əbluc vəfat edib.
1995 — DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsinin (keçmiş "OMON") Qazax rayonundakı bölməsi Qazax və Ağstafa rayonunun inzibati idarə binalarına, bölgədəki hərbi hissəyə basqın edərək onların fəaliyyətini iflic edib.
1995 — Azərbaycan Respublikası Syerra-Leone ilə diplomatik əlaqələr qurub.
2002 — Prezident Heydər Əliyevin imzaladığı əfv fərmanına əsasən, 81 məhbus azadlığa buraxılıb.