Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü ilin rəsmi statistikasına əsasən Azərbaycanda narkomanların ümumi sayı 28656 nəfər təşkil edib. Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü ilin rəsmi statistikasına əsasən Azərbaycanda narkomanların ümumi sayı 28656 nəfər təşkil edib.

Ölkədə narkomanların sayı artıb - statistika

Səhiyyə Nazirliyinin məlumatına görə, 2014-cü ilin rəsmi statistikasına əsasən Azərbaycanda narkomanların ümumi sayı 28656 nəfər təşkil edib.


AzNews.az xəbər verir ki, Movqe.az-a bu məlumatı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib.

L. Yolçiyeva deyib ki, bu barədə məlumat Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinə Səhiyyə Nazirliyindən daxil olub. L. Yolçiyevanın sözlərinə görə, 28656 narkomandan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir. Ofis səlahiyyətlisinin sözlərinə görə, onlardan 666 nəfəri isə anonim müalicə alanlardır. L. Yolçiyeva narkomanların 554 nəfərini ötən ilin statistikasına görə, qadınların təşkil etdiyini söyləyib: "Toksimanların sayı isə 52 nəfərdir. Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi hər il olduğu kimi bu il də müxtəlif maarifləndirmə təbliğat xarakterli tədbirlər həyata keçirilməsini nəzərdə tutur".

L. Yolçiyeva bunun rəsmi statistika olduğunu, ölkədə narkomanların qeyri-rəsmi sayının bundan çox olduğunu qeyd edib.

Səhiyyə Nazirliyinin 2014-cü ilin narkomanların sayına dair rəsmi statistikası ilə 2013-cü ilin narkomanlarla bağlı statistikasını müqayisə etdikdə görünür ki, ölkədə narkomanların sayı artan xətt üzrə inkişaf edir.

Xatırladaq ki, 2013-cü ildə rəsmi qeydiyyata alınmış narkomanların sayı 27 min 910 nəfər təşkil edib. 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.

Statistika təsdiqləyir ki, ölkədə 2013-cü illə müqayisədə 2014-cü ildə narkoman qadınların da sayında artım baş verib. Belə ki, 2013-cü ilə rəsmi statistika ilə narkoman qadınların sayı 528 nəfər, ötən il isə 554 nəfər olub. Bu rəqəmlər göstərir ki, rəsmi olaraq narkoman qadınların sayında 26 nəfər artım var.
image description