22:15
(077) 610-22-33

Qənirə Paşayeva Sami Yusuflə görüşdü: “Qarabağdan danışdıq”

  • >
1 272 13 Mart 2015 11:48 | Cəmiyyət

Millət vəkili Qənirə Paşayeva tanınmış azərbaycanlı sənətçi Sami Yusuflə görüşüb.



AzNews.az xəbər verir ki, o, bu barədə özünün Facebook sosial səhifəsində yazıb. 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Təbriz, Ərdəbil, Urmiya, tariximiz, musiqimiz, folklorumuz müzakirə mövzusu olub: "Sami Yusuf dəyərli bir sənətçi olmaqla bərabər gözəl bir insan və çox savadlı bir ziyalı, gerçək Allah dostudur. Dünya tarixi, ədəbiyyatı, musiqisini gözəl bilməklə yanaşı sufizmin, tasüvvuf ədəbiyyatının gözəl bilənlənlərdən biridir. Onunla söhbətdən doymaq olmur. Əsərlərindən də geniş söhbət etdik. Qarabağ xanəndələri, muğam, xalq musiqilərimiz, böyük sənətkarlarımızın əsərlərinin albomlarını, Qarabağ həqiqətləri ilə bağlı kitab və filmləri hədiyyə etdiyimdə "Bundan böyük hədiyyə ola bilməzdi" deyib musiqilərimizdən ürəkdən və sevgi ilə söhbətlərini dinləməkdən zövq aldım. Azərbaycanda olmaqdan özünü çox mutlu hiss edir. Çünki Vətənindədir".

Qeyd edək ki, Sami Yusif Heydər Əliyev sarayında "Sarı Gəlin" adlı 2 günlük konsert proqramı ilə çıxış edəcək.

Martın 14-15-də keçiriləcək konsertdə məşhur ifaçı 19 mahnı səsləndirəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X