Milli Şuranın bu gün “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq. Milli Şuranın bu gün “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq.

Jurnalistlərə mitinq xəbərdarlığı

Milli Şuranın bu gün “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq.

Şuradan AzNews.az-a verilən məlumata görə, bu məqsədlə Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri saat 15.00-dan 17.00-dək aksiyanın düzənlənəcəyi məkanda olacaqlar.

Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesdə iştirak edəcəklər. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti nəzərdən keçirəcəklər.

Bundan başqa MŞ-nin (012) 441 35 30 telefon nömrəsi də saat 15.00-dan 17.00-dək "qaynar xətt" rejimində fəaliyyət göstərəcək.

Azərbaycan Mətbuat Şurası mitinqi işlıqlandıracaq bütün jurnalistlərdən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olmalarını xahiş edir.