04:20
(077) 610-22-33

Milli Şuranın mitinqi başa çatdı- FOTOLAR (YENİLƏNİB)

  • >
5 491 15 Mart 2015 17:20 | Cəmiyyət

Milli Şuranın Bakıda keçirdiyi mitinq başa çatıb.


Bugünkü mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

***
15:54

Virtualaz.org saytının müxbiri xəbər verir ki, mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı çıxış edəndən sonra sözü öz partiya bossu Əli Kərimliyə verib.

Ə.Kərimli isə hakimiyyəti yanlış iqtisadi siyasət yürütməkdə ittiham edərək deyib ki, "biz bu səhv iqtisadi siyasətin qurbanlarıyıq".

AXCP sədri manatın kəskin devalvasiyasına etirazını bildirib. Ənənəvi leksikondan istifadə edərək deyib ki, bu aksiya "sırf sosial sifarişin nəticəsidir".

Halbuki əhalisinin sayı 3 milyona çatan paytaxtın əsas meydanında cəmi bir neçə yüz etirazçı var.

Aksiya dinc məcrada davam edir. Heç bir kənar müdaxilə, "ÇP" qeydə alınmayıb.

***

15:55

Müxbirlərimiz xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, onun müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlıdan ibarət "möhtəşəm rəyasət" aksiyanın başlamasından 15 dəqiqə sonra meydana gələrək tribunaya qalxıb.

Onlardan başqa heç bir lider gözə dəymir. Mitinqin aparıcısı F.Qəhrəmanlıdır. O, bir neçə yüz tərəfdarın qarşısında çıxış edəcək.

Qeyd edək ki, müsavatçılar bu aksiyaya həvəs göstərməyib.

Müsavat başqanının müavini Elman Fəttah APA-ya deyib ki, hər bir müsavatçı Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Müsavat partiya olaraq aksiyada iştirak etməyəcək:

"Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə, mitinqə qatıla bilər".

Meydanda etirazçıların sayının az olması müxalifət liderlərini elə karıxdırıb ki, onlar aksiya iştirakçılarından tribunaya yaxınlaşmağı xahiş edirlər.











Bağla X