“Sabah Daşkəsən rayonu ərazisində Novruz bayramı və Daşkəsənin 67-ci ildönümü münasibətilə böyük el şənliyi keçiriləcək”. “Sabah Daşkəsən rayonu ərazisində Novruz bayramı və Daşkəsənin 67-ci ildönümü münasibətilə böyük el şənliyi keçiriləcək”.

Əhəd Abıyev böyük şənliyə hazırlaşır- Açıqlama

“Sabah Daşkəsən rayonu ərazisində Novruz bayramı və Daşkəsənin 67-ci ildönümü münasibətilə böyük el şənliyi keçiriləcək”.



Bunu AZNEWS.AZ-a Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

Onun sözlərinə görə, səhər saat 10.30-da rayon mərkəzində başlayan tədbir sonradan rayon ərazisində yerləşən N hərbi hissəsində davam edəcək:
"Novruzun axırıncı çərşənbəsində tədbirin yüksək səviyyədə keçməsi üçün bütün hazırlıqlar sona çatıb. Hərbi hissəyə hədiyyələr alınıb, bayram süfrələri hazırlanıb, xonçalar bəzədilib".

Qeyd edək ki, bu gün mart ayının 16-da düz 67 il öncə Azərbaycanın qərbində "metallurqlar şəhəri" kimi məşhur olan Daşkəsənin əsası qoyulub.

Sabah isə bütün Azərbaycanda Novruzun sonuncu "Torpaq çərşənbəsi" keçiriləcək. İnanca görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur, Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadır.

Babək Göyüş