01:03
(077) 610-22-33

Bilik Fondunun “Vətənin pərvəri ol!“ müsabiqəsi yekunlaşdı - FOTOLAR

  • >
1 650 16 Mart 2015 16:56 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun həyata keçirdiyi "İlboyu bilik" proqramı çərçivəsində keçirilən "Vətənin pərvəri ol!" yaradıcılıq müsabiqəsi yekunlaşıb.

AzNews.az xəbər verir ki, 2014-cü ilin dekabrında elan olunan müsabiqəyə təqdim olunan işlər 4 nominasiyada (1-şeir, esse, hekayə; 2-rəsm; 3-foto; 4-əl işləri) və 3 yaş qrupunda (10-17 yaş; 18-25 yaş; 26-35 yaş) qruplaşdırılıb.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qaliblərin mükafatlandırılması və rəsm, foto, əl işlərindən ibarət sərginin açılış mərasimi olub.


Ölkə rəhbərliyinin gənclərə böyük diqqət və qayğısını nəzərə çatdıran Bilik Fondunun icraçı direktoru Oktay Səmədov müsabiqə haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, "Vətənin pərvəri ol" müsabiqəsində Azərbaycanın bütün rayonlarından 645 nəfər iştirak edib. Bunlardan 411-i qadın, 234-ü kişidir. Müsabiqə iştirakçılarından 544 nəfər 10-17 yaş, 49 nəfər 18-25 yaş, 52 nəfər 26-35 yaş qrupunda təmsil olunublar.

Münsiflərə 732 iş təqdim olunub. Bunlardan 292-si şeir, esse, hekayə nominasiyasında, 295-i rəsm, 73-ü əl işi, 72-si isə fotodur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov belə müsabiqələrin keçirilməsini yüksək qiymətləndirərək qalibləri təbrik edib, bütün iştirakçılara uğurlar arzulayıb.

Üç nominasiya üzrə müxtəlif yaş qruplarından 10 iştirakçı I yerə, 15 iştirakçı II yerə, 20 iştirakçı III yerə layiq görülüb, 10 nəfərə isə həvəsləndirici mükafat verilib.


Qaliblər qiymətli hədiyyələrlə və diplomlarla təltif olunublar.

Rəssamlıq Akademiyasının rəhbərliyi rəsm nominasiyasında 18-25 yaş qrupunda I yer tutan fiziki qüsurlu iştirakçı Behbud Cəfərquliyevə bir illik pulsuz hazırlıq kursları, III yer tutan iştirakçı – Ağdaş rayonunun Abad kənd sakini fiziki qüsurlu Qənirə Xəlilova üçün distant məşğələlər təşkil edəcək.

Azərbaycanın bütün bölgələrindən olan müsabiqə iştirakçılarının 300-ə qədər rəsm, foto və əl işləri nümayiş olunan sərgi üç gün davam edəcək.
image description image description image description image description image description
Bağla X