21:21
(077) 610-22-33

Süfrələrin bəzəyi olan quru meyvələrin əsl qiymətləri- SİYAHI

  • >
2 932 16 Mart 2015 20:59 | Cəmiyyət

Azərbaycan bazarına çıxarılan və Novruz bayramında süfrələrin bəzəyi olan quru meyvələrin idxal qiyməti hər kəsi təəccübləndirəcək. Belə ki, Bakı bazarlarında bir kiloqramı 10-25 manata olan quru meyvələr xaricdən qəpik-quruşa alınır.

AzNews.az xəbər verir ki, bu barədə virtualaz.org-a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmovun sözlərinə görə, quru meyvələrin qiyməti ilə bağlı araşdırma aparıb. Bəlli olub ki, bir kiloqramı 0,49-1 dollara alınan məhsullar bazara dəfələrlə baha çıxarılır.

Ekspert siyahını da təqdim edib:

1 kiloqram malın idxal dəyəri ( ABŞ dolları ilə)

Qabığı təmizlənmiş badam - 0,49

Banan təzə, qurudulmuş - 0,92

Qabığı təmizlənmiş qoz - 0,97

Qurudulmuş qara gavalı - 0,45

Qurudulmuş üzüm - 0,52

Qurudulmuş ərik - 0,50

Qabıqlı badam - 0,55

Keşyu fındığı - 0,46

Təzə heyva - 0,31

Hind qozu - 0,61

Şabalıd - 0,49

Püstə - 0,99

Ekspert qeyd edib ki, çərşənbələrdə və Novruz bayramında ən çox aldığınız malların idxal qiymətləri Dövlət Statistika Komitəsinin təqdim etdiyi malların idxalı və ixracına dair göstəricilərdə də yer alıb.
Bağla X