Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərlə bağlı maraqlı faktlar əldə edilib. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərlə bağlı maraqlı faktlar əldə edilib.

Rektorun qızını döyənlərlə bağlı yeni məlumatlar: “Bentley” axtarışdadır

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslərlə bağlı maraqlı faktlar əldə edilib.



AzNews.az xəbər verir ki, rektorun qızı Ülkər İsaxanlının yaxın münasibəti olduğu qardaşlar Bakıda xeyli məşhurdurlar. Onlar şəhərin ən dəbdəbəli yerlərində əylənir və tez-tez xarici ölkələrə səyahət edirlər. Qardaşlar – Zaur və Elin Məmmədovların küçənin ortasında xuliqanlıq hərəkətləri etməsi birinci hal deyil.

Məlumata görə, onlar idarə etdiyi avtomobillərlə də Bakıda asayişi tez-tez pozurlar. Təkcə rektorun qızının döyülərək aparıldığı 90 KU 050 dövlət nömrə nişanlı "BENTLEY" markalı avtomobilin qeydə alındığı cərimələri araşdırsaq bunun şahidi olarıq. Əldə etdiyimiz məlumata görə, təkcə ötən il bu avtomobilin qeydə alınan radarlarının, kobud qayda pozuntularının sayı 200-dən çoxdur. Hazırda həmin avtomobil cərimələrin ödənilməməsinə görə axtarışdadır.

Avtomobilin texniki pasportu Elin Məmmədovun adınadır. Amma həmin avtomobili təkcə Elin və ya onun qardaşı Zaur idarə etmir. Elin avtomobili həm də etibarnamə ilə atası – Məmmədov Muxtar Şirinoviçə verib.

Azər