12:35
(077) 610-22-33

“Dəmir Yolları”ndan maaşların azalması xəbərinə Reaksiya

  • >
2 681 17 Mart 2015 14:06 | Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC “Lokomotiv” idman-sağlamlıq mərkəzində əmək haqlarının azaldılması ilə bağlı məsələyə reaksiya verib.


AzNews.az xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov mərkəzin bütün işçilərinin deyil, 2 yerdə işləyən idmançıların maaşlarının azaldıldığını bildirib. "Heç kimin maaşı azaldılmayıb. Sadəcə təklif olunub ki, kim istəyirsə, könüllü şəkildə yarım gün iş rejiminə keçə bilər".

Mərkəzin baş mühasibi Qulu Quliyev isə işçilərin maaşlarının yarıbayarı azaldılması ilə bağlı xəbərin onun tərəfindən yayılmadığını vurğulayıb. O, maaşların azaldılması ilə bağlı mərkəzə rəsmi və ya qeyri-rəsmi olaraq heç bir göstərişin verilmədiyini açıqlayıb: "Mühasibatlığa rəsmi sənəd daxil olmadan biz heç kimin maaşını azalda bilmərik. Sizcə kim öz istəyi ilə maaşının yarıbayarı azaldılmasına razı olar? Maaşların azaldılması məsələsi ötən ilin noyabr ayında olub. O da 2 yerdə çalışan idmançılara aid idi".

Qeyd edək ki, ötən gün novosti.az saytında "Lokomotiv"isman-sağlamlıq mərkəzində işçilərin maaşlarının yarıbayarı azaldılması ilə bağlı məlumat yer almışdı.

Məlumatda bildirilir ki, işçilər könüllü şəkildə ərizə yazaraq öz maaşlarının yarıbayarı azaldılmasını istəyiblər.
Bağla X