12:59
(077) 610-22-33

57119 nəfər tibbi müayinədən keçib

  • >
1 310 17 Mart 2015 14:09 | Cəmiyyət

Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Nərimanov rayon əhalisinin tibbi müayinəsinin təmin edilməsi davam etdirilir.



AzNews.az xəbər verir ki, bu gün Nərimanov rayonunda yerləşən 4 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqlarla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.

Xəstəxananın baş həkimi xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 57 min 119 nəfərin müayinələrdən keçməsi təmin olunaraq, onlardan 46 min 109 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 10 min 822 nəfərə ambulator, 188 nəfərə isə stasionar müalicə təyin olunub.

Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndirərək, onların hər zaman qeydinə qalan dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
image description image description
Bağla X