00:30
(077) 610-22-33

“Gəlin hesabatı qəbul edək, Fazil müəllim də gedib papaq atsın”

  • >
2 228 17 Mart 2015 14:50 | Cəmiyyət

“Ölkə başçısı mütəmadi olaraq xalq qarşısında hesabat verir”.



AzNews.az xəbər verir ki, bunu Yeni Azərbaycan partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, ötən il Azərbaycan üçün çox uğurlu il olub: "Bəzən çıxışlar olur. Deyim ki, biz büdcəni müzakirə etmirik. İnşallah seçkilər yekunlaşar və seçilənlər, 2015-ci ilin büdcə müzakirəsində fikirlərini deyərlər. Bu gün isə bayramdır, belə bir gündə tənqidə də ehtiyac qalmır".

O həmçinin, Baş nazir Artur Rasi-zadəni prezident tərəfindən ordenlə təltif edilməsi münasibətilə təbrik edib və deyib ki, "Gəlin hesabatı qəbul edək və Fazil müəllim də gedib papaq atsın".

Spiker Oqtay Əsədov isə belə cavab verib: "Dediniz ki, ola bilər kimsə növbəti seçkidə deputat seçilməsin. Kiminsə ürəyində söz qalar, mən günah sahibi olaram. İcazə verin müzakirəmizi davam etdirək".
Bağla X