Bakının Azadlıq prospektinin bir hissəsi bağlanıb. Bakının Azadlıq prospektinin bir hissəsi bağlanıb.

Əsas prospektlərdən biri bağlandı - Bakıda

Bakının Azadlıq prospektinin bir hissəsi bağlanıb.



AzNews.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilir ki, Dilarə Əliyeva küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq Azadlıq prospektinin Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsindən 28 May küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Puşkin küçəsindən istifadə etmələri tövsiyə olunur.