Müğənni Nigar Camal Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının iki qardaş tərəfindən döyülən qızı Ülkər İsayevanın müdafiəsinə qalxıb. Müğənni Nigar Camal Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının iki qardaş tərəfindən döyülən qızı Ülkər İsayevanın müdafiəsinə qalxıb.

Nigar Camal Ülkərdən yazdı: “Yerə girəsiniz”

Müğənni Nigar Camal Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının iki qardaş tərəfindən döyülən qızı Ülkər İsayevanın müdafiəsinə qalxıb.



AzNews.az xəbər verir ki, Nigar Camal Ü.İsayevanın dünən axşam saatlarında yazdığı statusun şərh hissəsində onu müdafiə edib. Xanım müğənni medianı da tənqid edib:
"İnsanlar, öz işinizlə məşğul olun. Ulya, biz səninləyik, heç kimə fikir vermə, bir neçə gün sonra hamı sakitləşəcək. Sadəcə insanlar şok xəbərləri və bu kimi cəfəngiyyatları sevirlər. Sən ağıllı qızsan".

Daha sonra Nigar Camal Ülkər İsayevanı heç kimə cavab verməməyə çağırıb. Bundan əlavə müğənni bu xəbərlə bağlı mənfi mövqe sərgiləyənlərə "yerə girəsiniz" deyə sərt cavab verib.

Qeyd edək ki, Xəzər Universitetinin rektorunun qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb. Bu barədə video da yayılıb.

Bu barədə Ülkər İsayeva Facebookda status yazaraq videodakı qızın o olmadığını bildirib.