01:32
(077) 610-22-33

Rektor döyülən qızını bəlaya saldı – Həbs oluna bilər

  • >
12 143 18 Mart 2015 13:08 | Cəmiyyət

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızının döyülməsi ilə bağlı yaydığı açıqlama Ülkər İsayevanı məsuliyyətə cəlb edə bilər.

Belə ki, H. İsaxanlı yayılan videodakı qızın Katya adlı bir şəxs olduğunu, Ülkər İsayevanın isə dostlarını cəzadan xilas etmək üçün ifadə verərək "kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur" dediyi barədə açıqlama yayıb.

Bəs hüquq-mühafizə orqanlarına yalan ifadə verdiyinə görə Ülkər İsayeva cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Hüquqşünas Müzəffər Baxışov AzNews.az-a bildirib ki, yalan ifadə verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub. Əgər şəxs istintaqda və məhkəmədə yalan ifadə verirsə həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Bu iş ictimai ittiham qaydasında təqib olunan cinayətdir. İş üzrə artıq ifadə verilib. İfadədə videodakı qızın Ülkər İsayeva olduğu qeyd olunub. Amma yayılan açıqlamada o ifadənin yalan olması barədə məlumat yer alıb. Belə olan halda yalan ifadə verən şəxs 500 manatdan 1000 manatadək cərimə oluna bilər və ya 160 saatdan 200 saatadək ictimai işlər və ya 1 ildən 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər".

Hüquqşünasın sözlərinə görə, Ülkər İsayeva əvvəlki ifadəsini geri çəkib, doğru ifadə verərsə, cinayət məsuliyyətindən azad oluna bilər: "297-ci maddənin qeyd hissəsində yazılıb ki, məhkəmə hökmü çıxana kimi yalan ifadə verən şəxs ifadəsini geri çəkib, doğru ifadə versə, cinayət məsuliyyətindən azad olunacaq. Yox əgər yenə də yalan ifadə verib, deyirsə ki, o qız mən deyiləm, amma videodakı odursa, bu, yeni məsuliyyət yarada bilər".

Nigar ETİBAR
AzNews.az
Bağla X